“Lodos” MMC-nin alüminium-şüşə asma fasad sahəsində 20 (iyirmi) illik təcrübəsi olan mühəndis və memar kadrları    şüşə-alüminium fasadlarınızın layihələndirilməsindən tutmuş  statik hesabatı, 3D modelləmə,işçi layihəsi, şüşə, ankraj və digər bütün materialların emalat rəsimləri, montaj detalları və montaj cizgiləri, profil optimizasiyasından  istehsal və montajına qədər Sizə 24 saat dəstək və məsləhət verir.

      Biz, ən mürəkkəb geometrik formada olan (sferik, üçbucaq, romb və s) şüşə-aluminium və metal fasadların statik hesabatı, istehsalat və montaj ölçülərini özəl fasad proqramlarında heç bir ölçü səhvinə yol vermədən tam dəqiqliklə hesablayıb Sizə təqdim edəcəyik.

    20 illik təcrübəmizə dayanaraq hazır layihənizi və fasad podratçınızla imzaladığınız smetanızı belə xüsusi fasad kompyuter programları vasitəsi ilə yenidən araşdırıb fasad sistemini mükəmməlləşdirərək, ölçü, material, istehsalat və montaj işlərinin optimizasiyalaşdırılması  yolu ilə mövcud smetanıza ən az 3 % ilə 10 % arası qənaət edəcəyik.

     Bizim peşəkar mütəxəssizlərimiz  Sizin adınıza fasad podratçınızla görüşlərə qatılaraq Sizin Sifarişçi mənfəətlərinizi qoruyacaq, fasad podratçınızın istehsalatdan montaj işlərinə qədər olan işlərin gedişinə mütəmadi olaraq nəzarət edəcəklər.

   Fasad podratçınızla bütün texniki və iş görüşlərinizi Bizə həvalə edin. Binanızın şüşə-aluminium fasadını bizdən təslim alın.

 

Fasadlarınızı fəsadlardan uzaq edin...