LAYİHƏLƏNDİRMƏ

Baxış sayı: 399

Fasadların layihələndirilməsində biz bir neçə prinsiplərə əməl edirik.

Memarlıq üslubu önəmli olduğundan ,     ilk   öncə binanın  xarici görünüşü, sonra isə reallaşdırılma üsulları müəyyən edilir.
Standart elementlər mümkün olduğu qədər  maksimum dərəcədə tətbiq edilir.
Bir  detalı təkrarlayan müxtəlif elementlərdə qaynaq yerləri uyğun gəlməlidir (məsələn,üzlükdə, maili səthdə olan qaynaq yerləri, vahid karniz kəmərini təşkil edən müxtəlif profillərdəki qaynaq yerləri).
Obyektdə ölçülərin götürülməsindən sonra əsas kimi faktiki tikilmiş daşıyıcı səth deyil, götürülmüş ölçülərə uyğun korreksiya edilmiş layihə səthi götürülür.
Çəkisi 70 kq-dan artıq olan elementlər istisna hallarda tətbiq edilir.
Bütün uzununa (poqon metr) elementlər kəsilmə(20-100 mm) nəzərə alınmaqla layihələndirilir.

Şübhəsiz, fasadların layihələndirilməsinin hər mərhələsi bizim üçün  vacibdir və  biz hər mərhələdə sifarişçinin nə üçün bizə pul ödədiyi və nəticədə nə alınacağı barədə təsəvvürü olması üçün  maksimum informasiya veririk. Bundan əlavə fasadların  layihələndirilməsində 3D modelləşdirmə üçün ən son proqram təminatı istifadə olunur və bu da layihəyə operativ şəkildə dəyişikliklər edilməsinə, problemli hissələr aşkar olunmasına, səhvlərin azalmasına,çertyoj və spesifikasiyaların alınmasına icazə verir.

Təklif mərhələsində sifarişçi smeta ilə bərabər özündə 3D görüntüləri, əsas detalların bir neçə eskizlərini cəmləşdirən  eskiz layihəsini də almış olur.

Son sənədləşmənin tərkibinə daxildir:

  • Eskiz layihəsi
  • Fasadların ümumi görünüşü
  • Düyün çertyojları
  • Ayrı-ayrı elementlərin çertyojları
  • Montaj çertyojları